Dünya
Çində kritik vəziyyət - Bu dəfə balıqda koronavirus aşkarlandı
Nisbi durğunluqdan sonra Çində yenidən koronavirusun yayılması gündəmə gəlib.
Publika.az life.ru-ya istinadla xəbər verir ki, bu dəfə COVID-19 Pekindəki Sinfadi bazarında lokallaşdırılıb. Səhiyyə Təşkilatı virusun bir insandan digərinə ötürülə biləcəyini düşünür.
“Hələ bilmirik, amma onun da bir insandan gəldiyi mümkündür, çünki virus yoluxucudur. Ancaq biz Çin alimlərinin nəticələrini gözləyirik. Nəticələr virusun nə olduğunu - hazırda cəmiyyətdə olan və ya başqa bir yerdən alınan bir virus olduğunu deməyə imkan verəcək”, - ÜST-nın nümayəndəsi Melita Vujnoviç Rusiya televiziya kanalına çıxışında bildirib.
Xatırladaq ki, Pekinin böyük bazarında satıcının qızılbalıq kəsdiyi taxtada koronavirus aşkar olunub. Məlum olub ki, satıcı qızılbalığı koronavirusun yayılma mərkəzi hesab edilən Szinşen dəniz məhsulları bazarından alıb.
Sinfadi bazarındakı 517 nəfərdən 45-nin koronavirusa yoluxduğu məlum olub. Bazarın yerləşdiyi Fentay bölgəsində komendant saatı tətbiq edilib.
Pekində yeni alovlanma səbəbindən idman tədbirləri yenidən qadağan edilib. Turistlərin bölgəyə girişi müvəqqəti olaraq dayandırılıb.
Aytən Məftun
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto













.jpg)























