Dünya
Virusun yeni növləri dünyada sürətlə yayılır
Daha əvvəl Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni forması İsveçrədə müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin federal səhiyyə departamenti xəbər yayıb.
Qeyd olunub ki, Sürix Federal Politexnik Məktəbi koronavirus testi müsbət çıxan təxminən 500 nümunəni araşdırıb:
“İki nümunədə koronavirusun Cənubi Afrikada tapılan yeni forması aşkar edilib. Şəxslərdən biri İsveçrənin Şviç kantonunda yaşayır, digəri isə qonşu Fransa sakinidir. Hadisə ilə bağlı Federal Səhiyyə Ofisi Şviç və Fransa səlahiyyətlilərinə məlumat verib”.
Böyük Britaniyada dekabrın ortalarında aşkar edilmiş koronavirusanın yeni mutasiyası isə İngiltərədən Norveçə gələn iki nəfərdə tapılıb. Hər iki şəxs təcrid olunub. Norveç 29 dekabra qədər Böyük Britaniya ilə aviareysləri müvəqqəti dayandırıb.
Bundan başqa, virusun Britaniya “ştammı” Portuqaliyada da aşkar edilib. Belə ki, koronavirusa yoluxan şəxs Böyük Britaniyadan Portuqaliyanın Madeyra adasına gəlib.
Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib. / Report"
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





