Dünya
BMT Myanmaya görə fövqəladə iclas keçirəcək
BMT Təhlükəsizlik Şurasının üzvləri Myanmada vəziyyət üzrə fövqəladə iclasa toplaşacaq.
Publika.az "İnterfaks”a istinadla xəbər verir ki, iclasın qapalı olacağı gözlənilir. Qeyd edilir ki, toplantı videokonfrans formatında keçiriləcək.
Daha əvvəl dünya liderləri, o cümlədən Böyük Britaniyanın baş naziri Boris Conson, Avropa diplomatiyasının başçısı Cozep Borrel, eləcə də digər rəsmilər Myanmada vəziyyətlə əlaqədar narahatlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Myanmanın prezidenti Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji hərbçilər tərəfindən saxlanılıb. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.
Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin ediblər.
Dövlət çevrilişi edənlər yeni seçkilərin keçiriləcəyini açıqlayıblar.
Seçkilər gələn il, fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra keçiriləcək. Siyasi marafondan sonra hakimiyyət yeni hökumətə təhvil veriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
