Dünya
Macarıstan və Qazaxıstan XİN rəhbərləri Türk Akademiyasında - FOTO
Macarıstanın Xarici Ticarət və Xarici İşlər naziri Peter Siyarto və Qazaxıstan Baş nazirinin
müavini - Xarici İşlər naziri Muxtar Tleuberdi Beynəlxalq Türk Akademiyasını ziyarət ediblər.
Publika.az xəbər verir ki, Peter Siyjartonun başçılıq etdiyi Macarıstan nümayəndə heyəti öncə Akademiya nəzdindəki Türk Muzeyini və Türk Kitabxanasını gəzib, məşhur macar türkoloq Konqur Mandokinin qiymətli əlyazmaları ilə tanış olub. Həmçinin, tanınmış macar səyyahı Armin Vamberi şərəfinə təşkil olunan "Türk dünyasının macar alimi" adlı sərgiyə baxış keçirilib.
Akademiya prezidenti Darxan Kıdırəli 70 mindən artıq qiymətli əsərlərin toplandığı
kitabxananın əhəmiyyətli bir hissəsinin məhz K.Mandokinin zəngin şəxsi kitabxanasının nadir
nümunələrindən təşkil olunduğunu bildirib. O, təşkilatın layihələri haqqında qonaqlara geniş
məlumat verib, Macarıstanın Türk Akademiyasının müşahidəçi üzvü kimi aktivliyindən razılıq
ifadə edib.
Macarıstanın Xarici Ticarət və Xarici İşlər naziri Peter Siyarto öz növbəsində, qardaş
ölkələrin ortaq dəyərlərinin öyrənilməsi, xalqların daha da yaxınlaşması istiqamətində görülən
işlərə görə Akademiyaya təşəkkür edib və Türk Kitabxanasına macar dilində dəyərli əsərlər
bağışlayıb. Nazir türkdilli dövlətlərdən olan tələbələrin Macarıstanda təhsil və tədqiqatlara maraq
göstərməsinin çox sevindirici olduğunu, bununla bağlı Macarıstan hökumətinin təqdim etdiyi
təqaüd proqramlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı tərəflər elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf
etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.
Sonra Beynəlxalq Türk Akademiyasının Macarıstanla bağlı hazırladığı bir sıra əsərlərin, o
cümlədən əfsanəvi Hun hökmdarı Attila haqqında "Avropanın Kralı Attila" adlı əsərin təqdimatı
olub. Akademiyanın dəstəyi ilə ingilis dilində nəşr olunan kitabın müəllifi tanınmış alim,
Macarıstanın Monqolustandakı səfiri Borbala Obruşanskidir.
Tədbir çərçivəsində həmçinin tanınmış qazax şairi Cambıl Cabayevin macar dilində ilk
şeirlər toplusunun, Armin Vamberiyə həsr olunan "Türk dünyasının macar alimi" kitabçasının,
İştvan Konqur Mandokinin "Sındırılmaz köklər" və " İştvan Konqur Mandokinin biblioqrafiyası"
kitablarının təqdimatı olub.
Görüşün sonunda Akademiyanın fəaliyyətinə dəstəyinə görə Peter Siyartoya
Akademiyanın qızıl medalı təqdim olunub.
Xatırladaq ki, 2017-ci ildə Macarıstan Türk dünyası əməkdaşlıq qurumları arasında ilk
olaraq Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv qəbul olunub. Akademiya tərəfindən
Macarıstan və Türk dünyasına inteqrasiyasına yönəlmiş bir sıra layihələr həyata keçirilib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

