Dünya
Fəthullah Gülən səs verməyib
Türkiyədə keçirilən prezident seçkisində "Hizmət"
hərəkatının lideri Fəthullah Gülənin kimə səs verdiyi maraq
mövzusudur.
Publika.az-ın məlumatına görə, Türkiyədə son dövrlərdə hökumətlə
qarşı-qarşıya gələn “Hizmət” hərəkatının lideri, ABŞ-ın
Pensilvaniya ştatında yaşayan Fəthullah Gülən ötən həftə etdiyi
söhbətlərdən birində imanı ekmel, İslamı ekmel, ehsanı ekmel,
ixlası ekmel, rizayı ekmel deməsi ilə İhsanoğluna səs verməyə işarə
etdiyi bildirilirdi.
Türkiyənin “Sabah” qəzetinin yazdığı xəbərdə isə 31 iyul - 3 avqust
tarixləri arasında Pensilvaniya ştatının bağlı olduğu Nyu York baş
konsulluğunda qurulan səsvermə qutularının heç birində Fəthullah
Gülənin səs verdiyi görülməyib.
Nyu Yorkda 4 saylı seçki məntəqəsində avqustun 2-də Fəthullah Gülən
adına bir qeydiyyatın olduğu bildirilsə də, lakin “səs vermək üçün
gəlməyib" deyilir. Nyu Yorkda təxminən 4 min nəfərin səsvermədə
iştirak etdiyi bildirilir.
Xatırladaq ki, Türkiydə 2013-cü il dekabrın 17-də baş tutmuş rüşvət
və korrupsiya əməliyyatından sonra da oxşar qarğışlarla çıxış edən
F. Gülən, xüsusilə din adamlarının və ümumilikdə ictimaiyyətin
tənqid hədəfi olmuşdu.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat