Dünya
Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”
COVID-19 epidemiyası səbəbindən ağır günlər keçirən Hindistanda işlər getdikcə pisləşir.
Belə ki, koronavirusdan sağaldıqdan bir müddət sonra görülən “qara kif”dən əlavə “ağ göbələk” və “sarı göbələk” infeksiyası da yayılmağa başlayıb. Belə xəstələrin sayının 1000-i ötdüyü vurğulanıb. İndi isə koronavirus xəstələrində “yaşıl göbələk” infeksiyası (“Aspergillus göbələyi”) görünüb.
Publika.az “Haber Global”a istinadla xəbər verir ki, “yaşıl göbələk” hələlik çox yayılmayıb. Madhya-Pradeşdə 34 yaşlı xəstəyə bu diaqnoz qoyulub. İnfeksiya birbaşa onun ağ ciyərlərinə təsir edib.
Bildirilir ki, 34 yaşlı xəstə koronavirusa yoluxduqdan sonra iki ay xəstəxananın reanimasiya şöbəsində yatıb. Ancaq sağalıb evə buraxıldıqdan qısa müddət sonra onda burundan qanaxma, qızdırma başlayıb, sürətlə arıqlayıb.
Məlum olub ki, pasiyentin ağ ciyərlərinin 90 faizi “yaşıl göbələk” infeksiyasının təsiri ilə zədələnib. Vəziyyəti ağırlaşan və müalicəyə cavab verməyən xəstə Mumbaydakı daha böyük xəstəxanaya köçürülüb.
Həkimlər yeni “yaşıl göbələk” haqqında daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
