Dünya
Quterreşdən TƏCİLİ ÇAĞIRIŞ: "Humanitar fəlakət qaçılmazdı"
"İqtisadi vəziyyətin pisləşməsi nəticəsində Əfqanıstan humanitar fəlakət təhlükəsi ilə üz -üzədir"
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin yaydığı bəyanatda deyilir.
"Yeni bir mərhələyə qədəm qoyan Əfqanıstanda dərinləşən humanitar-iqtisadi böhran və əsas xidmətlər sisteminin tamamilə məhv olma təhlükəsi ilə əlaqədar ən dərin narahatlığımı bildirmək istəyirəm", - mətndə deyilir.
Guterres, Əfqanıstan əhalisinin demək olar ki, yarısının, yəni 18 milyon insanın yaşamaq üçün köməyə ehtiyacı olduğunu qeyd edib.
"Humanitar fəlakət qaçılmazdır", - baş katib həyəcan təbili çalıb.
O, Əfqanıstandakı bütün tərəflərin humanitar yardıma fasiləsiz və təhlükəsiz çıxışını təmin etməli olduğunu söyləyib:
"Bütün tərəfləri, həyat qurtaran və həyatı qoruyan maddələrin, eləcə də bütün humanitar işçilərin-kişilərin və qadınların təhlükəsiz və maneəsiz humanitar çıxışının təmin edilməsini asanlaşdırmağa çağırıram" dedi.
O vurğulayıb ki, əfqan xalqının beynəlxalq ictimaiyyətin dəstəyinə hər zamankından daha çox ehtiyacı var:
“Ölkədə şiddətli quraqlıq və yaxınlaşan sərt qış şərtləri səbəbindən daha çox qida, sığınacaq və tibbi vasitələrə ehtiyac olacaq.
Əfqanıstandakı bütün tərəfləri təhlükəsiz və maneəsiz humanitar girişə icazə verməyə çağırırıq. Gələn həftə Əfqanıstandakı təcili humanitar ehtiyacları açıqlayacağıq. Beynəlxalq ictimaiyyəti əfqan xalqına ən qaranlıq günlərində maddi dəstək olmağa səsləyirik”.
Hüseyn
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO


































