Dünya
ABŞ, Rusiya, Çin, Britaniya və Fransa birgə bəyanat yaydı
“Çin, Rusiya, Böyük Britaniya Birləşmiş Krallığı, ABŞ və Fransa nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və strateji risklərin azaldılmasını özlərinin əsas vəzifəsi hesab edirlər”.
Publika.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanatında bildirilib.
“Biz bəyan edirik ki, nüvə müharibəsində qaliblər ola bilməz. Nüvə silahından istifadənin genişmiqyaslı nəticələri olacağına görə, biz də bir daha təsdiq edirik ki, nüvə silahları müdafiə məqsədlərinə xidmət etməli, təcavüzün və müharibənin qarşısını almalıdır. Hesab edirik ki, bu cür silahların daha da yayılmasının qarşısı alınmalıdır”, deyə birgə bəyanatda qeyd olunub.
Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik 5 ölkənin – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın qeyri-formal birliyidir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
