Dünya
ABŞ-dan HƏYƏCAN TƏBİLİ: Dərhal Belarusu TƏRK EDİN!
ABŞ Dövlət Departamenti amerikalıları Rusiyanın Belarusun Ukrayna ilə sərhədində narahatedici hərbi birləşmələri toplaması səbəbindən Belarusu dərhal tərk etməyə çağırıb.
Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.
Qeyd edilib ki, ABŞ vətəndaşları kommersiya və ya şəxsi vasitələrlə dərhal Belarusu tərk etməlidirlər.
Dövlət Departamentinin Belarusa daxil olmağı tövsiyə etməməsinin səbəbləri arasında həbs riski və koronavirus pandemiyası da göstərilir. Bundan əlavə, amerikalılara Moldovaya səfərdən çəkinmək tövsiyə olunub.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden fevralın 16-nı Rusiyanın Ukraynaya təcavüzünün başlandığı gün elan edib. O, belə bir tarixi Qərb ölkələri, Avropa İttifaqı və NATO liderləri ilə danışıqlar zamanı verib.
Bunun fonunda 20-yə yaxın ölkə öz vətəndaşlarına hərbi münaqişə təhlükəsi ilə bağlı Ukrayna ərazisini tərk etməyi tövsiyə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
