Dünya
Kadırov Kiyevi və Qərbi HƏDƏLƏDİ: Bu tarixə kimi... - FOTO
Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynadakı hadisələrlə bağlı yeni bəyanat yayıb.
Publika.az xəbər verir ki, Kadırov bir sıra Qərb ölkələrinin və siyasətçilərinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalarla bağlı mövqeyini açıqlayıb.
“Bir sıra avropalı siyasətçilər Rusiyaya qarşı mümkün sanksiyalardan bəhs etdilər. Rusiyaya qarşı məhdudiyyətlər toplusu o qədər absurddur ki, bizə bu mənasız cəhdlərə sadəcə gülmək qalır. Tam biabırçılıq! Lakin bütün bu komediyaya rəğmən, sərt qisas almaq zamanı çatıb və qərarlar da adekvat olmalıdır. Onlar müqayisə üçün belə olmalıdır:
Bəyanatlarından imtina etməlidirlər: Britaniyanın Baş naziri Boris Conson, Britaniyanın XİN başçısı Liz Trass, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel... Əks halda Çeçenistan Respublikası bu şəxslərin bəyanatlarının həyasız və absurd səciyyəsini nəzərə alaraq aşağı sanksiyaları tətbiq etmək hüququnu özündə saxlayır”, - R.Kadırov qeyd edib.
Kadırov bununla bağlı bir sıra təkliflər irəli sürüb: “Çeçenistan səmasını onların qırıcılarının uçuşları üçün bağlamaq, Consonun Çeçenistan banklarındakı bütün aktivlərini dondurmaq, Britaniyalı oliqarxların Açxoy-Martandakı bütün aktivlərinə embarqo qoymaq, vəziyyət pisləşərsə, Samaşkidə də eyni addımı atmaq, avtomobilin sükanının solda olmasını orta əsrlərin iyrənc qalığı hesab etmək və nəhayət, etiraf etmək - ingilis çayı olmur!”
O qeyd edib ki, bütün bunlar başqa dövlətlərə dərs olacaq: “Son tarix 31 fevraldır! Bundan sonra hansısa sanksiyalar tətbiq etməzdən əvvəl düşünün”.
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı
-
Hadisə5 Dekabr 17:26Binəqədidə obyektdə partlayış oldu - VİDEO
















.jpg)





.jpg)











