Dünya
Türkləri bütün dünyada tanıdan roman: 40-dan çox dildə...
Yaşar Kamalın "İncə Məmməd" adlı romanının bütün dünyada tanındığını bilirsinizmi?
"İncə Məmməd" məşhur türk yazıçısı Yaşar Kamalın ilk romanıdır. 1955-ci ildə nəşr olunan və maraqla oxunan bu əsər yazıçının öz sözü ilə desək, "məcbur adam"ın romanıdır.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyəti dönəminin ilk illərindən bəhs edən əsərin əsas qəhrəmanı haqsızlığa qarşı mübarizəni insanlıq borcu bilən İncə Məmməddir.
Seçdiyi bu çətin, amma şərəfli həyat yolunda İncə Məmmədin başına gələn hadisələr Yaşar Kamalın qələmi ilə sadə dildə, klassik roman üslubunda oxuculara təqdim olunmuşdur. 40‐dan çox dilə tərcümə edilən roman türk xalqının adını əfsanələşdirdiyi İncə Məmmədi dünya oxucularına da tanıdıb.
"İncə Məmməd" 1984-cü ildə ingilis aktyor və yazıçı Peter Ustinov tərəfindən "Memed, My Hawk" / "Şahinim Məmməd" adıyla kinoya uyğunlaşdırıldı.
Ssenarisini də yenə özünün yazdığı filmdə rejissor Ustinov həmin zamanda Abdi Ağa rolunu oynayıb. Yunan bəstəkarı Manos Hacidakisin musiqisini səsləndirdiyi filmin başqa bir adı isə "The Lion and the Hawk"/"Arslan ve Şahin" dir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
