Dünya
Putindən SENSASİON HƏDƏ: 2 günə bu ölkələri tuta bilərik
Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən iddia ortaya çıxıb. Putin 2014-cü ildə Donbasda gedən müharibə zamanı Ukrayna lideri Pyotr Poroşenkonu “İstəsəm, Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik, Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.
Publika.az">Publika.az xəbər verir ki, bu iddia ilə Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Süddeutsche Zeitung” çıxış edib.
Qəzetdə yer alan xəbərə görə, Ukraynanın 2014-cü ildə Aİ-yə üzv olmaq istədiyini açıqlamasından sonra Putinin həmin ilin sentyabrında bağlı qapılar arxasında keçirilən görüşlərdə 5 ölkəni işğal edəcəyi ilə hədələdiyi bildirilib.
Xüsusilə, o zaman Ukrayna dövlət başçısına xəbərdarlıq edilən ölkələrin Polşa və Rumıniya, həmçinin Estoniya, Latviya və Litva olduğu bildirilib.
“Süddeutsche Zeitung” nəşrindəki xəbərdə Putinin Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkoya dediyi sözlərə yer verilib. “Mən istəsəm, rus ordusu təkcə Kiyevi deyil, Riqa, Vilnüs, Tallin, Varşava və Buxaresti də 2 günə tutar” - Putin deyib.
Latviya diplomatı və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis də bu ayın əvvəlində “Politico” nəşrinə danışaraq Putinin hücumlarının genişlənə biləcəyinə işarə edib.
“Putin Ukraynadan qalib ayrılsa, hərbi məqsədlərini artıra və Baltikyanı ölkələr olan Litva, Latviya və Estoniyaya hücum edə bilər. Biz Ukraynanı dəstəkləməsək, bu müharibə Ukraynada dayanmayacaq”, - diplomat bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
