Dünya
Ermənilər QORXU İÇİNDƏ: "Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq"
Azərbaycan ordusunun martın 24-də Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsi ermənilərin “arsax dövləti” xəyallarını birdəfəlik puç edir.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan çoxlarının hələ Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin əhəmiyyətini anlamadıqlarını deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu son irəliləmə zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. “Mən bunu yazıram ona görə ki, çoxları bilmədən, yaxud bilərəkdən ancaq Fərrux kəndini müzakirə predmetinə və prinsipial məsələyə çeviriblər. Əslində isə strateji planda Daşbaşı dağ silsiləsinin müxtəif sahələri Fərrux kəndinin alınmasından dəfələrlə böyük təhlükə yaradır”,-Abramyan bildirir.
Onun sözlərinə görə, azərbaycanlılar Fərrux kəndini aralıq zona kimi istifadə ediblər və kəndə daxil olandan dərhal sonra Daşbaşı yüksəkliyinin müxtəlif sahələrinə qalxmaq, orada mövqelər qurmaq, möhkəmlənmək, fasiləsiz təchizat üçün kənar yollar çəkməyə başlayıblar.
“Əgər Azərbaycan qoşunlarını əvvəlki mövqelərinə qaytarmasa (hansı ki, Tiqran bunu yuxusunda görə bilərdi, - red.) o zaman Qarabağın hazırda bizim nəzarətimizdə qalan (Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləri nəzərdə tutulur, - red.) hissəsində bizim belimizi qırmaq üçün misli görünməmiş situasiya yaradacaq”, - o yazıb.
“Ermənistan” fraksiyasından olan digər müxalif deputat Artur Xaçatryan isə bildirir ki, əgər Azərbaycan Daşbaşı yüksəkliyini nəzarətində saxlamaqda davam etsə o zaman Xankəndi şimal-şərq istiqamətindən də ciddi problemlərlə üzləşəcək. Hansı ki, Şuşanın azad olunmasından sonra Xankəndi artıq şimal-qərb istiqamətindən Azərbaycan ordusunun “ovcunun içindədir”.
Qeyd edək ki, Fərrux dağ silsiləsində yerləşən Daşbaşı yüksəkliyindən Ağdam şəhəri də daxil olmaqla rayonun bir sıra kəndlərinə, o cümlədən Əsgərana və Xocalıya tam vizual nəzarəti təmin etmək mümkündür.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
