Dünya
Rusların hərbi karvanı Xarkov istiqamətində - FOTO
"Maxar Technologies" tərəfindən toplanan və təhlil edilən peyk görüntüləri Ukraynanın şərqində Rusiya hərbi texnikasının böyük karvanının görüntülərini qeydə alıb.
Publika.az CNN-ə istinadən xəbər verir ki, görüntülərdə hərbi karvanın Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəliləməsi əks olunub.
12 kilometr uzunluğunda olduğu qeyd edilən konvoyun zirehli maşınlar, yedəyə alınmış artilleriyaya malik yük maşınları və dəstək avadanlığından ibarət olduğu güman edilir.
Bildirilib ki, Bolşoy Burluk Xarkovdan şərqdə, Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə yerləşir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saatlarında verdiyi məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığında Ukrayna qüvvələrinin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etməyə cəhd edib. Həmçinin qarşı tərəf Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO

























.jpg)








.jpg)

