Dünya
Seçki başa çatdı, Makron ikinci turda onunla MÜBARİZƏ APARACAQ - YENİLƏNDİ
Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.
Publika.az xəbər verir ki, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.
BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək.
İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.
xxx
15:00
Fransanın dövlət başçısı, prezident seçkilərinin birinci turunda namizəd Emmanuel Makron səs verib.
Bu barədə Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
xxx
Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 10:00) Fransada 70 minə yaxın seçki məntəqəsi açılıb.
Publika.az xəbər verir ki, Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.
Seçki məntəqələri ölkənin əksər kommunalarında Bakı vaxtı ilə saat 21:00-a qədər, Paris, Lion, Marsel, Nitsa, Bordo, Tuluza və digərləri də daxil olmaqla iri şəhərlərdə isə 22:00-a qədər işləyəcək.
Seçkilərdə 12 namizəd iştirak edir, o cümlədən Fransanın hazırkı Prezidenti Emmanuel Makron ikinci müddətə namizədliyini irəli sürüb. Onun əsas rəqibi "Milli Assosiasiya"nın namizədi, deputat Marin Le Pendir.
Emmanuel Makron bağ evinin yerləşdiyi dənizkənarı Le Tuke şəhərinin (ölkənin şimalı, Pas-de-Kale departamenti - red.) meriyasında səs verəcək. Prezidentə yaxın mənbələrin məlumatına görə, Makron Paris vaxtı ilə saat 11:00-13:00 (Bakı vaxtı ilə 13:00-15:00) arasında seçki məntəqəsinə gedəcək.
Qeyd edək ki, Fransa prezidenti ümumi birbaşa gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Seçkilərdə 49 milyona yaxın seçici iştirak edə bilər. Səsvermə iki turda keçirilir, birincisi aprelin 10-da, ikincisi isə aprelin 24-də keçiriləcək. Ənənəvi olaraq, proses bir turla məhdudlaşmır, ikinci turda turu keçən iki namizəd mübarizə aparacaq.
xxx
Bazar günü Fransada prezident seçkilərinin birinci turu keçiriləcək.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.
Ölkənin ən yüksək dövlət vəzifəsinə 12 namizəddən ikisini müəyyən edəcəklər, onlar iki həftədən sonra - aprelin 24-də ikinci turda mübarizəni davam etdirəcəklər. Fransanın Avropa hissəsində seçki məntəqələrinin qapıları Paris vaxtı ilə saat 08:00-da açılacaq.
Ölkənin xarici ərazilərində saat qurşağı fərqinə görə səsvermə şənbə günü başlayıb.
Hazırda davam edən koronavirus pandemiyası ilə əlaqədar seçki məntəqələrində sanitar təhlükəsizlik tədbirləri gücləndirilib.
Seçicilərə səsvermə zamanı maska taxmaq, mümkün olan yerlərdə məsafəni saxlamaq və antiseptik geldən istifadə etmək tövsiyə olunur.
Seçki komissiyalarının üzvlərinə gün ərzində binaları mütəmadi olaraq havalandırmaq, stol, stul və səsvermə kabinələrini dezinfeksiya etmək tapşırılıb.
-
Hadisə16:30
Azərbaycanlı qız Ermənistana getdi və... - FOTO
-
Sosial15:20
Metro istifadəçilərinə vacib xəbər: Bu stansiya bağlanır
-
Hadisə14:30
Hacıqabulda namus davası: kişini çılpaq halda dirəyə bağlayıb... - ŞOK DETALLAR
-
İdman14:24
Olimpiadada qələbəyə görə İqor Ponomaryova nə qədər pul və hansı avtomobil verilib? - FOTOLAR
-
Rəsmi xronika13:58
İlham Əliyev sərəncam imzaladı
-
İdman13:30
Bekhemin 50 yaşlı xanımı gözəlliyinin sirrini açdı: Onun pəhrizi heyrətləndirir - FOTOLAR
-
Sosial12:42
Milyonlarla pulu ölkəyə qaytarmayan şəxslər həbs edildi - Prokurorluqdan əməliyyat
-
Sosial12:00
Yeni fərman: Bu şəxslərə ordudan möhlət hüququ verildi