Dünya
Pakistanın yeni baş naziri ilə bağlı İNANILMAZ FAKTLAR: Hindistanın dostu, Türkiyə, ABŞ və Çinin...
Xəbər verdiyimiz kimi, Pakistan parlamenti Şahbaz Şərif ölkənin yeni Baş naziri seçib.
Publika.az xəbər verir ki, siyasətçidən daha çox təsirli idarəçi kimi ölkə daxilində reputasiyaya malik olan 70 yaşlı Şahbaz Şərif üç dəfə baş nazir olan Navaz Şərifin kiçik qardaşıdır.
Ailə həyatı
Şahbaz Şərif 1951-ci ildə Pəncabın paytaxtı Lahorda sənayeçi ailəsində anadan olub. Onun dövlət qulluğu karyerası 1985-ci ildə Pəncab Ticarət və Sənaye Palatasının prezidenti kimi başlayıb, daha sonra böyük qardaşının ardınca fəal siyasətə qoşulub.
Şahbaz Şərifin Navazdan başqa Abbas Şərif adlı başqa bir qardaşı da var. Şahbaz Şərif 1973-cü ildə əmisi qızı ilə evlənib. Onların dörd övladı var: Salman, Həmzə və əkiz bacıları Haveria və Rabia.
2003-cü ildə Şərif ikinci həyat yoldaşı Təhminə Durrani ilə evlənib. O, Lahordakı ata-baba yurdunda, Raiwind sarayında yaşayır.
src="/storage/files/upload/0ca82d7a787a670f2534ff2cc7b33195ea02e761.jpg" style="width: 748px; height: 416.387px;" class="fr-fic fr-dib fr-fil">
Siyasi karyerası
Təhlilçilər deyirlər ki, Şahbaz Navazdan fərqli olaraq 220 milyon əhalisi olan nüvə silahına malik ölkədə ənənəvi olaraq xarici və müdafiə siyasətinə nəzarət edən Pakistan ordusu ilə mehriban münasibətlərə malikdir.
Ş.Şərif Vaşinqtonun təkzib etdiyi, onun süqutunun arxasında ABŞ-ın olduğunu iddia edən keçmiş Baş nazir İmran Xanı devirmək üçün birləşmiş müxalifətin lideri olaraq ortaya çıxıb.
O, üç dəfə Pəncab Əyalət Məclisinin üzvü seçilib və 1997-ci ildə əyalət hökumətinin başçısı seçilib. O, 1999-cu ildə general Pərviz Müşərrəfin onu və qardaşı Navazı hakimiyyətdən getməyə məcbur etdiyi dövlət çevrilişindən sonra bu vəzifədən istefa verib və ölkəni tərk ediblər.
1999-cu ildə hökuməti devirən hərbi çevrilişdən sonra Şərif illərini Səudiyyə Ərəbistanında keçirib. Hər ikisi 2007-ci ildə Pakistana qayıdıb və Şahbaz yenidən 2018-ci ilə qədər Pəncab hökumətinin lideri seçilib. Beləliklə, Şahbaz Şərif 3 dəfə Pəncabın Baş naziri postunun tutub. 2018-ci il seçkilərində, İmran Xanın seçildiyi eyni ildə Şahbaz Şərif Pakistan parlamentində mandat qazanıb və müxalifətin lideri seçilib.
Onilliklər boyu görkəmli siyasi karyerasına baxmayaraq, Şahbaz Şərif Pakistanın üç dəfə baş naziri olan qardaşı Navaz Şərifin həmişə kölgəsində qalıb. Pakistanın siyasi səhnəsində təkbaşına dominantlıq edən Navaz heç vaxt qardaşına öz hökumətlərində yer verməyib və Şahbaza Pəncab əyalətində hökumət başçısı səlahiyyəti verilib. Bununla belə, 2018-ci ildə korrupsiyada təqsirli bilinən Navazın siyasi diskvalifikasiyası və ardınca devrilməsi Şahbazı Müsəlman Liqasının varislik xəttinin zirvəsinə çıxarıb və bununla da müxalifətin estafeti onun ələ keçib.
Pakistan mediası Şahbaz və Navaz arasında iddia edilən fikir ayrılıqları barədə dəfələrlə məlumat yayıb. Mübahisənin Navazın qızı Məryəmi siyasi varisi hesab etməsindən qaynaqlandığı söylənsə də, Şərif ailəsi həmişə bunu inkar edib.
Navaz Şərifə 2017-ci ildə Ali Məhkəmə tərəfindən dövlət vəzifəsində işləmək qadağası qoyulub və korrupsiya ittihamı ilə 10 illik həbs cəzasının cəmi bir neçə ayını çəkdikdən sonra müalicə üçün xaricə gedib.
Çirkli pulların yuyulması
2019-cu ildə Milli Hesabatlılıq İdarəsi (NAB) çirkli pulların yuyulması ittihamı ilə Şahbaz Şərif və oğlu Həmzə Şərifə məxsus 23 mülkü dondurub. Müxalifət lideri eyni iş üzrə 2020-ci ilin sentyabrında həbs edilib və yeddi ay sonra Lahor Ali Məhkəməsi ona girov cəzası verib və azadlığa buraxıb. NAB iddia edir ki, Şahbaz Şərifin ailəsi xaricdən vəsait əldə etmək üçün saxta əməliyyatlardan istifadə edib, əməliyyatlar Şərifin kürəkəni Harun Yusifə məxsus şirkət vasitəsilə həyata keçirilib. Bütün bunlara baxmayaraq, Şahbaz güclü və səmərəli idarəçi olmaq xüsusiyyətlərinə malikdir. “Bloomberg”in hesabatında qeyd olunur ki, Şahbaz Şərif hər gecə yalnız 4 saat yatır, qalan vaxtını ancaq işə həsr edir.
2003-cü ildə, hələ mühacirətdə olarkən Şahbaz Şərif 1998-ci ildə terror aktlarında iştirakda şübhəli bilinən 5 dindar tələbəni öldürmək üçün polisə əmr verməkdə ittiham olunub. O, ittihamları təkzib edib və onların siyasi motivli olduğunu bildirib.
2018-ci ildə onun qardaşı Navaz Şərif korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra zaminə buraxılıb və müalicə üçün xaricə gedib.
Dövlətlərlə münasibəti
Zəngin Şərif sülaləsinin üzvü olan Şahbaz ağıllı inzibati üslubu ilə tanınır və bu, Pəncab əyalətinin Baş naziri kimi Pekinin maliyyələşdirdiyi layihələrdə Çinlə sıx əməkdaşlıq etdiyi zaman özünü göstərib. Yerli medianın məlumatına görə, keçən il Çinin eks-baş konsulu Şərifə məktub göndərərək onun nəhəng Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) təşəbbüsü çərçivəsində layihələrin həyata keçirilməsində dəstəyini ifadə edib. Diplomat həmçinin bildirib ki, Şərif və onun partiyası Çinin hökumətdə və ya müxalifətdə dostları olacaqlar. Şahbaz Şərifə Çinin "köhnə dostu" da deyirlər.src="/storage/files/upload/a09e5164e5a859242d665a56191247b43a5c7723.jpg" style="width: 801px; height: 531.013px;" class="fr-fic fr-dib fr-fil">
Ərdoğanla münasibətləri
Şehbaz Şərifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da yaxşı münasibətinin olduğu deyilir.
Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə Pakistan Müsəlman Liqasının ali rəhbəri Şahbaz Şərifin iki ölkə arasında əlaqələri inkişaf etdirmək səylərindən danışıb və siyasi əlaqələri yüksək qiymətləndirib. Türkiyə lideri məktubunda Pəncabın keçmiş Baş nazirinə - Ş.Şərifə “qardaşı” deyə müraciət edir. Ərdoğan 2018-ci il seçkilərində Şahbaz Şərifə dəstək məktubu ünvanlayıb, eyni zamanda onu iyulun 9-da keçiriləcək Prezidentin andiçmə mərasiminə də dəvət edib.
ABŞ, Hindistan...
Keçən həftə verdiyi müsahibədə o, İmran Xanın Vaşinqtonla son antaqonist münasibətindən tamamilə fərqli olaraq, ABŞ ilə yaxşı münasibətlərin Pakistan üçün vacib olduğunu söyləyib.
Analitiklər bildirirdilər ki, Şahbaz Şərif baş nazir olacağı təqdirdə, o, yüksək inflyasiya, ucuzlaşan milli valyuta və azalan valyuta ehtiyatları ilə üzləşmiş Pakistanın çökməkdə olan iqtisadiyyatı fonunda ciddi problemlərlə üzləşəcək. Bildirilir ki, Şərif tamamilə müstəqil hərəkət etməyəcək, o, digər müxalifət partiyaları və qardaşı ilə birgə kollektiv gündəm üzərində işləməli olacaq.
Qeyd edilir ki, Hindistanın millətçi baş naziri Narendra Modini mütəmadi olaraq tənqid edən İmran Xandan fərqli olaraq, Şərif sülaləsi üç müharibə apardığı nüvə silahına malik qonşusuna qarşı daha sülhsevər olub.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı