Dünya
Bu ölkədən Rusiyaya AĞIR ZƏRBƏ
Bolqarıstan hakimiyyəti Avropa İttifaqı sanksiyaları çərçivəsində Rusiyadan gələn gəmilərin ölkə limanlarına girişini qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
"Rusiya bayrağı altında olan bütün gəmilərin, habelə fevralın 24-dən sonra Rusiya bayrağını və ya qeydiyyatını hər hansı başqa dövlətə dəyişdirmiş gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağandır" - Bolqarıstanın Dəniz Administrasiyası bildirib.
Agentlik qeyd edib ki, Bolqarıstan hakimiyyəti qəza vəziyyətində olan və ya humanitar yardıma ehtiyacı olan gəmilər, həmçinin Aİ ölkələrinə enerji, qida və ya dərman daşıyan gəmilər üçün bu qərarı istisna edəcək.
Bu ərəfədə məlum olub ki, İtaliya da bu gündən Rusiya gəmiləri üçün limanlarını bağlayır.
Xatırladaq ki, aprelin 8-də Avropa İttifaqı beşinci sanksiyalar paketi çərçivəsində Rusiya gəmilərinin öz limanlarına girişini bağlamaq qərarına gəlib. Məhdudiyyətlər humanitar yardım, kənd təsərrüfatı və ərzaq məhsulları daşıyan gəmilərə şamil edilməyib. Qadağa enerji sektorundan da yan keçib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
