Dünya
ŞKTC rum arxiyepiskopunun açıqlamalarını qınadı
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi rum arxiyepiskopunun açıqlamalarını qınayıb.
Publika.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada "rum arxiyepiskopunun Pasxa bayramı ilə bağlı yaydığı və Kipr Rum Pravoslav Kilsəsinin keçmişdən bu günə Kıbrıs Türk xalqına və Türkiyəyə qarşı nifrətini əks etdirən bəyanatını qınayırıq" deyilir.
"Rum arxiyepiskopunun Kipr adasındakı vəziyyəti Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirmək cəhdi rum tərəfinin tarixdə iz qoyduğu qara ləkəni gizlətməkdən ibarətdir. Keçmişdə və bu gün rum siyasi elitasına təsir etmək üçün gücündən istifadə edən Baş yepiskopluğun 1963-1974-cü illər arasında üç nəfərdən ibarət gettolarda Kıbrıs türk xalqını ölüm və soyqırımı təhlükəsi altında yaşamağa məhkum etməsi də yaddaşlarımızdadır", - deyə açıqlamada bildirilir.
Xarici İşlər Nazirliyinin bəyanatı belə davam edir:
"Rum arxiyepiskopu, Enosis vəsvəsəsi ilə edilənləri utanc mənbəyi kimi görmədiyini və adanı runan adası kimi gördüyünü gizlətmir. Enosisin bayraqdarı olan bir qurumun Kıbrıs türklərini azlıq hesab edərək, adanın yunan adası olduğunu açıq şəkildə bəyan etməsi təəccüblü deyil.
Türkiyə 1974-cü ildə Yunanıstanın həyata keçirdiyi çevriliş və elan edilən Enosisdən sonra adaya müdaxilə etməsəydi, adanı Yunanıstana bağlamaq xəyalı ilə adada bir nəfər də Kıbrıs türkü qalmayana qədər soyqırım davam edəcəkdi. 1960-cı il Qarant anlaşmasından irəli gələn hüquqlar və Kıbrıs türk xalqının çağırışları nəticəsində reallaşan 1974-cü il Xoşbəxt Sülh Hərəkatının Ukraynadakı vəziyyətlə hüquqi və mənəvi baxımdan heç bir oxşarlığı yoxdur.
Bu gün adada iki ayrı dövlət içərisində yan-yana yaşayan iki xalq var. Şimali Kipr Türk Cümhuriyyəti, bağlanan Maraş da daxil olmaqla, öz suverenliyində olan torpaqların gələcəyi ilə bağlı söz sahibi olmaq hüququna malik yeganə dövlətdir. Adada iki tərəfin irəliyə doğru yeganə yolu iki dövlətin adada mehriban qonşuluq münasibətləri əsasında əməkdaşlığından keçir".
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?