Dünya
Dubayda yanğınlar dronlarla söndürüləcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yanğın əleyhinə dronlardan istifadə olunacaq.
Publika.az rəsmi Emirates agentliyinə istinadla xəbər verir ki, Dubay əmirliyinin hökuməti bununla bağlı qərar verib.
Yanğın əleyhinə dronların yanğınsöndürən briqadalar və texnikalar üçün çətinlik törədən məkanlarda, xüsusən göydələnlərdə və təhlükəli tezalışan materialların olduğu anbarlarda istifadəsi nəzərdə tutulur. BƏƏ-nin Mülki Aviasiya Departamentinin məlumatında bildirilir ki, hazırda yanğınsöndürmə departamenti 180 ədəd bu cür aparatlarla təchiz edilib. Bundan başqa, kommersiya məqsədilə və hökumət strukturlarında istifadə olunan 870 dronu işlətmək üçün 20 min həvəskar pilot qeydiyyatdan keçib.
Dubay və Əbu-Dabidə pilotsuz uçan aparatlardan istifadə bu ilin yanvarında Yəməndəki husi qiyamçılarının sözügedən şəhərlərə PUA və raket hücumundan sonra daha da genişlənib. Dubay Media Ofisinin məlumatında qeyd olunub ki, BƏƏ hökuməti təhlükəsizliyi möhkəmlətmək məqsədilə ən müasir texnologiyaların tətbiqini prioritet məsələ kimi qarşıya qoyub. Son illər polis idarələrinin cinayətkarlığa qarşı fəaliyyətində süni intellektdən də geniş istifadə olunur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
