Dünya
ABŞ hər 2 ssenariyə hazırlaşır - Prays
Amerika Birləşmiş Ştatları (ABŞ) İranın nüvə proqramı ilə bağlı razılaşmanın olmadığı bir ssenariyə hazırlaşdıqlarını açıqlayıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.
O, "Birgə hərtərəfli fəaliyyət planı"na (BHFP) geri dönüşlə bağlı deyib ki, ortada müəyyən irəliləyişlər var:
“Fakt budur ki, biz son aylarda Vyanada keçirilən P5+1 (BMT-nin 5 daimi üzvü və Almaniya - red.) kontekstində mühüm irəliləyiş əldə etmişik. Buna baxmayaraq, müqaviləni tamamlaya bilməmişik və edəcəyimizə də əmin deyilik. Bu, qeyri-müəyyən olaraq qalır. Avropa müttəfiqləri ilə danışıqları davam etdiririk. "Birgə hərtərəfli fəaliyyət planı" müqaviləsinə qarşılıqlı dönüşün qeyri-müəyyənliyinə görə biz olub-olmama arasında hər 2 ssenariyə hazırlaşırıq. Yəni biz müttəfiqlərimiz və tərəfdaşlarımızla BHFP-nin olmadığı bir ssenariyə də hazırlaşırıq və onun tələblərini yerinə yetirəcək başqa taktika və digər yanaşmalara əl atmalı olacağıq. ABŞ Prezidenti Co Bayden açıq şəkildə bəyan edib ki, İranın "Birgə hərtərəfli fəaliyyət planı" ilə və ya onsuz nüvə silahı əldə etməsinə icazə verilməyəcək".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu































.jpg)


