Dünya
Saakaşvilinin anası: "9 fərqli diaqnoz qoyulub"
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya oğlunun səhhəti barəsində ictimaiyyətə məlumat verib.
Publika.az">Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Alasaniya Saakaşvilinin səhhətində problemlər olduğunu bildirib.
Onun sözlərinə görə, Saakaşvili daha da zəifləyib:
"Sonuncu dəfə onu 2 gün əvvəl həbsxanada görmüşəm. Üzü ağ rəngdədir. Ona baxanda gözlərim ağrıdı. Hərəkət edəndə çox çətinlik çəkir. Mənə dedi ki, dünən üç dəfə yıxılıb. Qısaca, vəziyyəti qənaətbəxş deyil. Həkimləri gördüm və onlarla tanış oldum. Onlar çox diqqətlidirlər. Ancaq Saakaşvilinin özü yaxşı vəziyyətdə deyil. Ondan analizlər götürülüb, hələlik cavablarını bilmirəm. Onun intensiv olaraq müalicəyə ehtiyacı var".
Saakaşvilinin anasının sözlərinə görə, eks-prezidentin yerləşdirildiyi klinikada daha əvvəl belə bir vəziyyətdə olan pasiyent müalicə edilməyib. O əlavə edib ki, sabiq prezidentə 9 fərqli xəstəlik diaqnozu qoyulub və hər an səhhəti daha da pisləşə bilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
