Dünya
Ukrayna təmsilçisinin “Avroviziya”dakı bu çağırışı dünyanı AYAĞA QALDIRDI - VİDEO
“Avroviziya 2022”nin finalında Ukraynanı təmsil edən “Kalush” orkestri “Azovstal” zavodunda olan Mariupol müdafiəçilərini xilas etmək üçün İtaliya səhnəsindən dünyanın hər yerindən gələn müsabiqənin tamaşaçılarına səslənib.
Publika.az">Publika.az xəbər verir ki, orkestr beynəlxalq müsabiqədə dünyanın diqqətini Mariupola yönəldib:
“Xahiş edirəm Ukraynaya kömək edin, Mariupol! “Azovstal”a kömək edin! Elə indi!” - musiqi qrupu çağırış edib.
Bundan sonra insanların Ukrayna təmsilçilərinin səhnədə nə söylədiyini anlamaq üçün “Azovstal” və “Mariupol” sözləri ilə bağlı axtarış sorğuları sürətlə artıb.
Xatırladaq ki, 25 ölkənin qatıldığı İtaliyanın Turin şəhərində keçirilən 66-cı Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın “Kalush Orchestra” qrupu “Stefaniya” mahnısı ilə 631 xalla qalib olub.
Qeyd edək ki, Mariupol Rusiyanın məhv etdiyi Ukrayna şəhəridir. Mariupol rus işğalının lap əvvəlindən onların hədəfinə çevrilib. Şəhərin dinc əhalisi məhv edilib, yaşayış binaları və mülki obyektlər bombalanıb. İlkin məlumatlara görə, Rusiya Mariupolda 20 mindən çox dinc sakini qətlə yetirib. Ruslar bu cür cinayətlərin izlərini gizlətmək üçün şəhərə səyyar krematoriyalar göndərib, ölənlərin cəsədlərini yandırıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
