Dünya
İqor Dodon belə saxlanıldı - ANBAAN VİDEO
Hüquq-mühafizə orqanlarının əməkdaşları Moldovanın beşinci prezidenti İqor Dodonu istintaq təcridxanasına qədər müşayiət ediblər. O, dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Point.md məlumat yayıb.
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən siyasətçinin evinə ağ mikroavtobus sürülüb. Bu zaman siyasətçinin evinin yaxınlığında aksiya keçirilib və insanlar “Həbsxana!” şüarları səsləndiriblər.
Dodon sakitcə maşına minib və heç bir açıqlama verməyib. Onun 72 saat saxlandığı bildirilir. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun nümayəndəsinin sözlərinə görə, bu iş üzrə daha iki nəfər saxlanılıb.
Mayın 24-də korrupsiyaya qarşı mübarizə prokurorları Milli Antikorrupsiya Mərkəzinin və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə rusiyalı həmkarı Vladimir Putinə sədaqəti ilə seçilən Moldovanın beşinci prezidenti İqor Dodonun evində axtarış aparıblar. Bundan başqa,ona məxsus daşınmaz əmlaklarda da istintaq hərəkətləri həyata keçirilib.
Axtarışlar passiv korrupsiya, qanunsuz varlanma, dövlətə xəyanət və cinayətkar təşkilat tərəfindən Sosialist Partiyasını maliyyələşdirmə işi çərçivəsində aparılıb.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL































.jpg)
