Dünya
Corc Sorosdan ŞOK AÇIQLAMA: Yeganə yol Putini...
"Ukrayna hadisələri Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər".
Publika.az">Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda amerikalı iqtisadçı və milyarder Corc Soros deyib.
“İşğal III Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bu müharibədən sağ çıxmaya bilər”, - Soros bildirib.
Milyarderin sözlərinə görə, bu gün qapalı ölkələr olan Çin və Rusiya açıq cəmiyyət üçün ən böyük təhlükədir:
“Görünür, Putin Ukraynanı işğal edərkən dəhşətli səhvə yol verdiyini etiraf edib və indi sülh danışıqları üçün zəmin hazırlayır. Lakin atəşkəsə nail olmaq mümkün deyil, çünki Putinə etibar etmək olmaz. Putin sülh danışıqlarına başlamalı idi, lakin o, heç vaxt bunu etməyəcək, çünki bu, istefaya bərabər olardı”.
O deyib ki, Putin nə qədər zəifdirsə, bir o qədər gözlənilməz işlər görə bilər. Onlar düşünürlər ki, Putin alternativ enerji mənbələrinin yaradılmasını gözləmədən qazı "söndürə" bilər.
“Biz müharibəni tez bitirmək üçün əlimizdən gələni etməliyik. Sivilizasiyamızı xilas etməyin ən yaxşı və yəqin ki, yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir. Əsas nəticə budur", - milyarder deyib.
Məlumat üçün bildirək ki, Sorosun 91 yaşı var. O, xeyriyyə təşkilatları şəbəkəsi olan Soros Fondunu təsis edib. "Forbes" maliyyəçinin sərvətini 8,6 milyard dollar qiymətləndirib.
-
Qoroskop00:27Günün ulduz falı: böyük bir mübahisənin qarşısını alacaqsız
-
Hadisə9 Sentyabr 20:48Şəkidə tros qırılmayıbmış: Faciənin əsl səbəbi - Video
-
Nida Xəbər 9 Sentyabr 20:12Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirildi
-
Hadisə9 Sentyabr 18:10Toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı
-
Dünya9 Sentyabr 15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial9 Sentyabr 15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika9 Sentyabr 15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
Region9 Sentyabr 15:08Ermənistanın dövlət borcu açıqlandı - Fantastik məbləğ

















.jpg)
.jpg)





.jpg)


.jpg)




.png)





