Dünya
Məhkəmə Dodonla bağlı QƏRAR VERDİ
Moldovanın keçmiş prezidenti rusiyayönümlü İqor Dodon 30 sutka ev dustaqlığına buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə "NewsMaker" məlumat yayıb.
Qeyd olunur ki, bu barədə qərar cümə axşamı Çekan məhkəməsi tərəfindən qəbul edilib.
Mayın 24-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Dodonun evinə gəliblər. Prokurorluqdan bildirilib ki, axtarışda Korrupsiyaya Qarşı Mübarizə Milli Mərkəzinin və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edib. Onlar qeyd ediblər ki, cinayət işi korrupsiya, qanunsuz varlanma, vətənə xəyanət və siyasi partiyanın cinayətkar təşkilat tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır.
Dodonun axtarışı təxminən 12 saat davam edib. O, saxlanılaraq karserə salınıb. Onun qohumu Petro Merinyan da saxlanılıb. Mayın 25-də prokurorlar Dodona qarşı 30 günlük həbs-qətimkan tədbiri tələbi ilə ittiham irəli sürüblər.
Xatırladaq ki, İ.Dodon 2016-cı il dekabrın 23-dən 2020-ci il dekabrın 24-dək Moldova Respublikasının prezidenti olub.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL































.jpg)
