Dünya
Türk nazir MÜJDƏ VERDİ: 2023-cü ildə başlanacaq...
Qara dəniz yataqlarından təbii qazın Türkiyədə istehlakçılara çatdırılmasına 2023-cü ildə başlanacaq.
Publika.az">Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü ölkənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz məlumat verib.
"Qara dənizdəki ehtiyatları 540 milyard kubmetr olan yataqlardan hasil edilən qazla xalqımızın təmin edilməsi istiqamətində işlər davam etdirilir. Onlar cədvəl üzrədirlər. 2023-cü ildə vətəndaşlarımız Qara dəniz qazını almağa və mətbəxlərində istifadə etməyə başlayacaqlar”, - nazir müjdə verib.
Xatırladaq ki, Türkiyə rəsmiləri 2020-ci ildə Qara dənizdə qaz aşkarlandığını açıqlayıb. Daha sonra ən böyük yatağ olan Sakaryanın ehtiyatlarının 400 milyard kubmetri keçdiyi bildirilib.
Türkiyənin energetika naziri daha əvvəl deyib ki, yatağın istismara verilməsi 2023-cü ilin əvvəlində planlaşdırılır və ondan hər il təxminən 14 milyard kubmetr qaz hasil edilməsi gözlənilir.
Türkiyə yatağın işlənməsinə təxminən 10 milyard dollar sərmayə qoymaq niyyətindədir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
