Dünya
Qara dənizdə bloklanan Ukrayna üçün 2 həll variantı
“Ukrayna limanlarının blokdan çıxarılmasının 2 variantı var”.
Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının iqtisadi inkişaf komitəsinin sədr müavini Roksolana Pidlasa deyib.
“Blokun açılmasının 2 yolu müzakirə olunur. Birincisi, hərbidir: Ukrayna kifayət sayda gəmi əleyhinə raketlərlə təmin edilməlidir. Kiyev bununla kommersiya gəmilərini vura biləcək”.
Onun sözlərinə görə, ikinci yol Ədən körfəzindəki “Okean qalxanı” kimi əməliyyatdır, burada NATO karvanları ticarət gəmilərini limanlara qədər müşayiət edir və onları Somali quldurlarından qoruyur: “Bu, həm də NATO üzvü olan Qara dəniz regionu ölkələrinin təqdim etdiyi konvoy ola bilər, lakin onlar bunu öz səyləri kimi qələmə verə bilərlər. Bunlar Bolqarıstan, Rumıniya və Türkiyədir. Onlar bizə bu işdə kömək edə bilərlər”.
Qeyd edək ki, Qara dənizdəki Rusiya hərbi gəmiləri ticarət gəmilərinin keçidini əngəlləyir. Baş nazir Denis Şmıxalın sözlərinə görə, Ukrayna bağlanan limanlara görə gündə 170 milyon dollar itirir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
