Dünya
Boris Conson etimad səsverməsini QAZANDI - YENİLƏNDİ
Boris Conson partiya lideri və Böyük Britaniyanın baş naziri vəzifələrini qoruyub saxlayıb.
Publika.az xəbər verir ki, Britaniya parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Britaniyanın hakim partiyasının deputatları Consonun istefası üçün 2 saat ərzində səs veriblər.
B. Consonun baş nazir postunda qalmasına 211 deputat lehinə, 148 nəfər isə əleyhinə səs verib.
Etimadsızlıq bildirmək üçün hakim Mühafizəkarlar Partiyasının 359 deputatından azı 180-i baş nazirin əlehinə səs verməli idi.
xxx
22:31
Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.
Publika.az xəbər verir ki, səsvermədən əvvəl Conson 18:00-da qapalı iclasda partiyasının deputatlarına müraciət edib.
Saat 20:00-22:00 arasında keçiriləcək səsvermənin nəticəsi 23:00-da açıqlanacaq. Conson səsvermədə məğlub olarsa, istefa verməlidir. Onun vəzifədə qalması üçün azı 180 səs lazımdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
