Dünya
İraq parlamenti etirazçılardan XİLAS EDİLDİ - YENİLƏNDİ
İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələr parlamentə nəzarəti bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
İraqın bir çox rəsmiləri təhlükəsizlik səbəbindən xalq iğtişaşlarının episentrində olan Bağdadın "yaşıl zonasını" tələsik tərk ediblər.
Bu saatlarda etiraz hərəkatı ölkənin digər şəhərlərini - Ən-Nəcəf, Bəsrə, Kərbəlanı da əhatə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Məhəmməd əl-Sudaninin namizədliyinin irəli sürülməsinə etiraz edən izdiham parlament binasına soxulub.
xxx
22:12 - 27.07.22
Etiraz aksiyasının iştirakçıları Bağdadın mərkəzində mühafizə olunan “Yaşıl zona”da kordonu yarıb və İraq parlamentinin binasına daxil olublar.
Publika.az xəbər verir ki, etirazçılar ruhani Müqtəda Sədrin tərəfdarlarıdır.
Hələlik qurbanların sayı barədə məlumat verilmir.
Hadisə yerindən lentə alınan görüntülər internetdə yayımlanıb.
Hüseyn İbadlı
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...











.jpg)



















.jpg)
.jpg)

