Dünya
Hazırda yayılan qrip deyil, başqa virusdur - İnfeksionist
“Son bir ay ərzində qripəbənzər virusa yoluxma halları kəskin artıb. Çünki payızın gəlməsi ilə respirator xəstəliklərə yoluxma da artır”.
Bu fikirləri Publika.az-a açıqlamasında həkim infeksionist Mərdan Əliyev deyib.
Onun sözlərinə görə, havaların qəfildən soyuması, günəşin aktivliyinin azalması, immun sisteminin zəifləməsi insan orqanizmində adaptasiya prosesini pozur. Bu isə xəstəliyə həssaslığı artırır:
“Virusa yoluxan şəxs yenidən xəstələndikdə onu daha ağır keçirir. Hazırda geniş yayılan xəstəlik qrip deyil, kəskin respirator virus infeksiyalarından biridir. Həmin xəstəliyi törədən iki yüzə yaxın virus var. Bu virusa yoluxmuş xəstələrdə koronavirusdan və qripdən fərqli olaraq qızdırma və halsızlıq olmur. Əsas əlamətləri zökəm, boğaz ağrısı və öskürəkdir”.

Həkim insanların virusdan qorunması üçün tövsiyələrini qeyd edib:
“Bu xəstəlikdən özümüzü qorumaq üçün əsas geyimimizə, yuxu rejimimizə və qidalanmağımıza fikir verməliyik. Çünki qidalanma və yuxu rejimi birbaşa immunitetlə əlaqəlidir. Evin havasını gün ərzində iki dəfə, səhər və axşam dəyişmək lazımdır. Bunlara riayət eləsək, virusa yoluxsaq belə, xəstəliyi yüngül keçirərik”.
Aydan Baydullayeva
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
