Dünya
Yasenyuk: “Bu, Rusiyanın etibarsızlığının dəqiq göstəricisidir”
Ukrayna baş naziri Arseniy Yasenyuk təbii qazın Avropadan Ukraynaya qaytarılmasın kəsilməsinə görə Rusiyanı ittiham edib.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ba ş nazir Rusiyanın hərəkətlərinin yoxlanılması q xahişi ilə Avropa Birliyinə müraciət etdiyini bildirib.
A.Yasenyukun sözlərinə görə, Rusiya Avropa ölkələrinə çatdırılan qazı azaldır: “Rusiya Federasiyasının bu cür hərəkətləri qaz təchizatçısı kimi Rusiyanın etibarsızlığının dəqiq göstəricisidir”.
Təbii qaza görə ödənişi əvvəlcədən etdiklərini deyən A.Yasenyuk ümid etdiyini bildirib ki, Avropa partnyorları öz öhdəliklərini yerinə yetirəcəklər.
Xatırladaq ki, Polşa dünən Ukraynaya qazın çatdırılmasını dayandırıb. Polşa qaz nəqliyyat sisteminin operatoru “Gaz System” şirkətindən verilən məlumata görə, “Qazprom” şirkəti Polşaya qaz ixracını azaltdığı üçün Ukraynaya Avropa ittifaqından qazın çatdırılmasında da problem yaranıb.
“Qazprom” isə Polşaya qazın çatdırılmasında azalma olmadığını və əvvəlki səviyyədə qaldığını bildirib.
Ömər Dağlı
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO





































