Dünya
Ferquson şəhərində nümayişlər (FOTO)
ABŞ-ın Missuri ştatının polisi Ferquson şəhəri
yaxınlığında yolu bağlayan nümayişçiləri həbs edib.
ANS PRESS-in məlumatına görə,150 nəfərdən ibarət qrup Ferquson
şəhərinin magistral yolunda toplaşaraq avqustun 9-da polis
tərəfindən öldürülən Maykl Braun üçün ədalət tələb ediblər.
Polis 70-ə yaxın nümayişçini icazəsiz toplaşma maddəsinə, dördünü
isə polisə hücum etdiyinə görə həbs edib.
Qeyd edək ki, Braunun ölümü insanların Ferquson şəhərinin
küçələrinə axışmasına səbəb olmuşdu. Dinc şəkildə başlayan
nümayişlər daha sonra polislə qarşıdurmalara səbəb olmuşdu.
Nümayişçilər hüquq-mühafizə qüvvələrini ayrıseçkilikdə və
irqçilikdə ittiham edir.
Hazırda istintaq polis zabiti Darren Vilsonu Maykl Braunun ölümündə
günahkar olub-olmadığını araşdırır.
ABŞ Ədliyyə Departamenti hadisə ilə bağlı vətəndaş hüquqları
istintaq qrupu və Ferquson polis departamentinin fəaliyyəti ilə
bağlı araşdırmaya start verib.

-
Hadisə00:27Abşeronda yaşayış kompleksində partlayış - Sakinlər təxliyə edilir
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək






.jpg)


.jpg)




.jpg)


















