Dünya
"Azerspace-1" Türkiyə kanallarını yayımlayacaq
İstanbulda keçirilən CeBİT İnformasiya Texnologiyaları Avrasiya Sərgisində iştirak edən “Azərkosmos” ASC tədbir zamanı bir sıra önəmli müqavilələr imzalayıb.
Publika.az-ın ASC-yə istinadən məlumatına görə, bu müqavilələrdən şirkət üçün ən əhəmiyyətlisi Türkiyənin NEBA şirkəti ilə türk kanallarının "Azerspace-1" peyki üzərindən yayımlanmasına dair imzalanmış müqavilədir.
İmza mərasimində iştirak edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov qeyd edib: "Türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanmasına böyük önəm veririk və bu bizim üçün sevindirici hadisədir".
NEBA şirkətinin baş direktoru Mustafa Serez mövzü ilə bağlı açıqlamasında bildirib: “Azerspace-1-in Azərbaycanda və regionda gücü mübahisəolunmazdır, izləyici nüfuzetməsi 90%-ə yaxındır. Peykin texnoloji imkanları ən yüksək səviyyədədir. Bu cür güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq".
Türk kanallarının ilk siqnalı bu ilin sentyabr ayında veriləcək. İki qardaş ölkə arasında baş tutan bu əməkdaşlıq Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb və türk kanallarını üçün açılmış yeni pəncərə kimi qiymətləndirilib.
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı







.jpg)















.jpg)











