Dünya
Türkiyədən Ukraynadakı vəziyyətlə bağlı bədbin açıqlama: Daha da...
"Yaxın aylarda Ukraynada vəziyyət daha da pisləşə bilər".
Bu sözləri Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın deyib.
Publika.az xəbər verir ki, bu barədə Kalın öz "Tvitter" səhifəsində yazıb.
Eyni zamanda, Kalın qeyd edib ki, Türkiyə tərəfi danışıqlar prosesinin bərpası üçün səylərini davam etdirəcək: “Atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Türkiyə danışıqlara yol açmaq üçün intensiv səylərini davam etdirəcək”.
İbrahim Kalın daha əvvəl bildirmişdi ki, Ankara Vaşinqtondan Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir. O, Türkiyənin, harada olmasından asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmədiyini və ABŞ-la münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid etdiyini də vurğulayıb.
Qeyd edək ki, bundan əlavə Kalın, Türkiyənin ABŞ və Rusiyanın Suriya ilə bağlı 2019-cu il müqavilələri çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözlədiyini qeyd edib.
Ayşən
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL































.jpg)
