Dünya
İngiltərədə böhran: Minlərlə xəstəni qocalar evinə...
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) ölkə tarixinin ən pis qışlarından birində ehtiyac duyulan çarpayıları boşaltmaq üçün yaxın bir neçə həftə ərzində minlərlə xəstəni qocalar evlərinə və digər müəssisələrə göndərməyə hazırlaşır.
Publika.az xəbər verir ki, əhaliyə pulsuz tibbi xidmət göstərən NHS, illərlə nisbi maliyyələşdirmədən, COVID-19 pandemiyasının təsirindən və işçilərin əmək haqları ilə bağlı tətillərindən sonra gərginlik altındadır.
Hökumət, həkimlər tərəfindən xəstəxanadan kənarda tibbi ehtiyacları az olan xəstələr üçün qısamüddətli baxım yerləri üçün 200 milyon funt sterlinqə qədər əlavə maliyyə təmin edəcəyini söyləyib.
Bundan əlavə, hökumət mövcud qurumlardakı şəraitin yaxşılaşdırılması üçün 50 milyon funt sterlinq də ayıracaq.
İngiltərənin Baş naziri Rişi Sunak keçən həftə xəstəxana növbələrinin azaldılmasının ölkə üçün bu il əsas beş prioritetindən biri olduğunu söyləyib. O qeyd edib ki, bu məqsədə çatmaq digərlərindən daha uzun çəkə bilər.
Xəbər verdiyimiz kimi, tətillər fonunda Böyük Britaniya hökuməti təcili yardım briqadaları da daxil olmaqla kritik xidmətlərin fəaliyyətini təmin etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib.
Aydan
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi

































