6,7 bal gücündə zəlzələ bu ölkəni silkələdi
Bizi izləyin

Dünya

6,7 bal gücündə zəlzələ bu ölkəni silkələdi

6,7 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Çinin cənub-qərbindəki Tibet Muxtar Rayonunda 6,7 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi açıqlama yayıb. Yeraltı təkan yerli vaxtla saat 22:33-də (Bakı vaxtı ilə 18:33) Naqçu şəhərinin tabeliyindəki Baçin rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Çin Seymologiya Mərkəzinin məlumatına görə, zəlzələ episentrinin 200 kilometr radiusunda son 5 ildə 3 baldan yuxarı 54 zəlzələ qeydə alınıb.

Qeyd edək ki, Tibet seysmik baxımdan aktiv və yüksək zəlzələ təhlükəsi olan bölgələrdən biridir. Bunun əsas səbəbi Hindistan tektonik plitəsinin şimala doğru hərəkət edərək Avrasiya plitəsi ilə toqquşmasıdır. Sonuncu çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ötən ilin yanvarında qeydə alınıb. Şiqatse şəhəri ərazisində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində təxminən min ev dağılıb, 126 nəfər ölüb, 188 nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm