Dünya
Baydenin ofisindən tapılan "məxfi sənədlər"də Ukrayna, İngiltərə və İranın...
Co Baydenin Vaşinqtondakı Penn Bayden Diplomatiya və Qlobal Münaqişə Mərkəzindəki ofisindən açıqlanan məxfi sənədlər arasında kəşfiyyat və brifinq qeydləri, o cümlədən başqa mövzuların da yer aldığı məlumatı paylaşıb.
Məlumatda Ukrayna, İran və İngiltərənin adları yer alıb.
Publika.az xəbər verir ki, bu barədə CNN-in "mövzuya yaxın mənbəyə" əsaslanan mətnində qeyd edilib.
Xəbərdə sənədlərin məxfilik statusu çıxarılan sənədlər də daxil olmaqla 4 qutuya yaxın olduğu bildirilib və sözügedən sənədlərin 2013-2016-cı illəri əhatə etdiyi qeyd edilib.
Hesabatda ifadə edilib ki, Baydenin şəxsi vəkili işinin bir hissəsi olaraq istifadə etdiyi Pensilvaniya Universitetindəki ofisini bağlayarkən “şəxsi” bir fayl görüb. Açdıqdan sonra görüb ki, faylın içərisində “məxfi sənədlər” var.
Mənbənin sözlərinə görə, Baydenin komandası dərhal Milli Arxivlər və Qeydlər Administrasiyasına (NARA) zəng edib və müvafiq sənədləri “ehtiyatla” həmin quruma təhvil verib.
Bildirilir ki, sözügedən ofisdə tapılan qutuların əksəriyyətində Baydenin həyatını itirən oğlu Beau Baydenin dəfn mərasimləri və başsağlığı məktubları da daxil olmaqla çoxlu sayda şəxsi material var.
Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber deyib ki, Baydenin Penn Bayden Mərkəzindəki şəxsi ofisində vitse-prezident vəzifəsində işlədiyi müddətdən qalan “məxfi məlumatları ehtiva edən az sayda sənəd” var.
Sənədlərin 2 Noyabr 2022-ci ildə “bağlı kabinetdə” tapıldığını bildirən Sauber, sənədlər tapılan kimi Baydenin şəxsi vəkillərinin Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.
Ağ Ev rəsmiləri Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını bildirib.
Ayşən
-
Region17:07İsrail qızlar məktəbini vurub: Ölənlərin sayı 50-ni keçdi - Yenilənib
-
Elm və təhsil17:00Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?
-
Nida Təhlil 16:32Xamenei öldürüldü? – İran lideri ilə bağlı müəmma
-
Region16:11Pezeşkianın oğlu: "Bu, dözüm müharibəsi olacaq"
-
Yaxın Şərq14:45Şamxani öldürüldü
-
Yaxın Şərq13:41İsraildən qaçış başladı: Vəziyyət saatbasaat pisləşir
-
Yaxın Şərq13:37İranın müdafiə naziri də öldürüldü
-
Dünya12:45Görün Tramp İrana hücumu haradan izləyir












.jpg)



.jpg)



.jpg)
.jpg)




.jpg)



