Dünya
İranın gülünc cavabı: Aİ ölkələrinin ordularını terror təşkilatı kimi tanıyacaq
Avropa Parlamenti SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnaməni təsdiqləyib.
Publika.az xəbər verir ki, buna cavab olaraq, İran parlamenti Aİ ölkələrinin ordularını terror təşkilatı kimi tanıyaraq mövcud qanunvericiliyə düzəlişlər etmək niyyətindədir. Bu barədə İran parlamenti məlumat yayıb.
“Parlamentdə “ABŞ-ın SEPAH-ı terror təşkilatı kimi təyin etməsinə reaksiya haqqında” qanuna dəyişiklik etmək üçün düzəliş layihəsi hazırlanıb. Bu layihə Aİ-yə üzv dövlətlərə, eləcə də onların silahlı qüvvələrinə şamil ediləcək”.
Bir gün əvvəl Avropa Parlamenti Aİ rəhbərliyini SEPAH-ı iddia edilən terror fəaliyyətləri, nümayişçilərə qarşı repressiyalar və Rusiyaya PUA-ların tədarükünə görə terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnaməni təsdiqləyib. Buna cavab olaraq İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa diplomatiyasının rəhbəri Josep Borrell ilə telefon danışığı zamanı Avropa Parlamentinin bu niyyətini “Avropanın ayağına güllə atmaq” adlandırıb. O, Avropanı impulsiv niyyətinin mənfi nəticələri barədə düşünməyə və İranla konstruktiv əlaqəyə keçməyə çağırıb.
Ayşən
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...







.png)











.jpg)

.jpg)











