ABŞ
90 yaşlı müəllim "Ginnesin Rekordlar Kitabı"na düşdü
ABŞ-ın Miçiqan ştatından olan 90 yaşlı ingilis dili müəllimi Beverli Hannett-Prays qadınlar arasında dillərin tədrisi üzrə ən uzunmüddətli karyeraya görə - sinifdə 67 il fəaliyyətinə görə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Hannett-Prays "Detroit Country Day School"da ingilis dili tədris edir. Rekord sertifikatı bazar ertəsi günü onun şərəfinə təşkil olunmuş gözlənilməz məktəb yığıncağı zamanı təqdim edilib.
Mərasimdə “Toni” və “Emmi” mükafatlarının laureatı, vaxtilə Hannett-Praysın şagirdi olmuş aktyor Kortni B. Vens çıxış edib. O bildirib ki, məhz bu müəllim ona fikirlərini ifadə etməyi və mətnlər yazmağı öyrədib, bunun sayəsində onlar bu günə qədər əlaqəni saxlayırlar.
Beverli Hannett-Prays müəllimlik karyerasına 1958-ci ildə başlayıb. Onun keçmiş şagirdləri arasında aktyor Robin Uilyams və "Microsoft" şirkətinin keçmiş baş direktoru Stiv Balmer də var.
Mərasimdə çıxış edən Hannett-Praýs təqaüdə çıxmağı planlaşdırmadığını deyib.
“Mən bu məktəbi sevirəm. Mən dərs deməyi sevirəm”, - deyə o bildirib.
Hüseyn İbadlı
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?



























.jpg)











