Sosial
Pensiyalar artımla nə vaxt ödəniləcək?
Belə ki, 2017-ci ildə qəbul edilən “Əmək pensiyaları haqqında” qanuna əsasən, hər il əvvəlki ildə iqtisadiyyatda muzdlu əməkhaqqı alan şəxslərin orta illik əməkhaqqı artım faizinə uyğun olaraq, növbəti ildə pensiyalar həmin faiz qədər indeksləşdirilir, yəni artırılır. Bəs bu il pensiyalar nə qədər artırılacaq?
Publika.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, 9,2–9,3 faiz aralığında artım olacağı gözlənilir:
“Keçən ilin yekun göstəricisi hələ açıqlanmayıb. Bu rəqəm adətən ilin əvvəlində - yanvarın ilk həftələrində, dekabrın 31-nə olan məlumatlar əsasında təqdim olunur. Hazırda noyabr ayının göstəricisi məlumdur və bu rəqəm 9,3 faiz təşkil edir. Bu göstərici fevralın ilk 10 günlüyündə dəqiqləşəcək. Daha sonra həmin faiz əsasında qanunun tələbinə uyğun olaraq Prezident tərəfindən sərəncam imzalanır və pensiyalar yanvarın 1-dən etibarən artırılır”.
X.Kərimli qeyd edib ki, yanvar ayında alınmayan artım fevral ayında kompensasiya olunur, yəni fevral pensiyasına həm yeni məbləğ, həm də yanvar ayı üçün hesablanan fərq əlavə edilir.
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?






































