Dünya
Dollara qarşı plan: Bu ölkələr vahid valyuta yaradırlar
Braziliya və Argentina bu həftə vahid valyuta yaratmaq üçün hazırlıq işlərinə başlandığını elan edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bu həftə keçiriləcək Buenos-Ayres sammitində müzakirə ediləcək plan Braziliyanın "sur" (cənub) adlandırmağı təklif etdiyi yeni valyutanın regional ticarəti necə gücləndirə biləcəyinə və ABŞ dollarından asılılığı azaltmağa yönələcək.
Argentinanın İqtisadiyyat naziri Sergio Massa vurğulayıb: "Vahid valyuta üçün lazım olan parametrləri, o cümlədən maliyyə məsələlərindən tutmuş iqtisadiyyatın ölçüsünə və mərkəzi bankların roluna qədər hər şeyi araşdırmağa başlamaq qərarı veriləcək".
Hər iki ölkənin siyasətçiləri bu ideyanı hələ 2019-cu ildə müzakirə ediblər, lakin o zaman Braziliyanın mərkəzi bankının müqaviməti ilə üzləşiblər.
Təşəbbüs, ilkin olaraq ikitərəfli layihə kimi həyata keçiriləcək, lakin sonradan digər Latın Amerikası ölkələrini də əhatə edəcək şəkildə genişləndiriləcək. Rəsmi açıqlamanın Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Argentinaya səfəri zamanı veriləcəyi gözlənilir.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























