Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
Bizi izləyin

Hadisə

Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar

Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Köhnə Ələt-Astara magistral yolunun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili xalça fabrikinin hasarına çırpılıb.

Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin və polis əməkdaşları cəlb olunublar.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan ölən şəxsin nəşi FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm