Dünya
Papa: Allah LGBT üzvlərini sevir
“LGBT üzvlərini cinayətkar hesab edən qanunlar səhvdir və bu, ədalətsizlikdir, çünki Allah LGBT icmasını sevir”.
Publika.az xəbər verir ki, bu sözləri Papa Birinci Fransisk deyib.
"Homoseksuallığın kriminallaşdırılması diqqətdən kənarda qalmayan bir problemdir", - deyə I Fransisk Afrika səfərindən qayıtdıqdan sonra təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsi zamanı bildirib.
Papa həmçinin bildirib ki, 50 ölkədə LGBT insanları "bu və ya digər şəkildə" cinayət məsuliyyətinə cəlb edir, digər 10-a yaxın ölkədə isə onlar üçün ölüm cəzasını nəzərdə tutan qanunlar var.
“Bu düzgün deyil. Homoseksual insanlar Allahın övladlarıdır. Allah onları sevir. Allah onlara yoldaşlıq edir. Belə bir insanı qınamaq günahdır. Homoseksual insanların kriminallaşdırılması ədalətsizlikdir”, - Fransisk bildirib.
O qeyd edib ki, Katolik Kilsəsinin katexizmində homoseksual hərəkətlərdən fərqli olaraq eynicinsli cazibənin günah olmadığı bildirilir. O, həmçinin LGBT-nin insanları marjinallaşdırılmamalı olduğunu deyib.
Ayşən
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı










.jpg)
.jpg)



















