Dünya
Martda qayıdır - Müxalifətə rəhbərlik edəcək
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro mart ayında vətənə qayıdacağını açıqlayıb.
Publika.az xəbər verir ki, hazırda Floridada yaşayan siyasətçi “Wall Street Journal”a deyib ki, Braziliyada siyasi müxalifətə rəhbərlik etmək istəyir.
Bolsonaro həmçinin prezident seçkilərində uduzduqdan sonra Braziliyada antidemokratik etirazları qızışdırdığı iddiasına qarşı özünü müdafiə edib: "Mən orada olmamışam və məni günahlandırmağa çalışırlar".
O, özünü “milli sağçı lider” hesab etdiyini və növbəti regional seçkilərdə mühafizəkar namizədləri dəstəkləmək istədiyini bəyan edib.
"Sağ hərəkat ölməyib", - deyə sabiq prezident qeyd edib.
Xatırladaq ki, Bolsonaro yanvarın 1-də siyasi rəqibi Luiz İnasio Lula da Silvanın andiçmə mərasiminə iki gün qalmış gözlənilmədən Braziliyanı tərk etmişdi. O, ABŞ-da qalmağa davam etmək üçün altı aylıq turist vizası üçün müraciət edib.
Aydan
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA

















.jpg)











.jpg)

.jpg)