Dünya
İran rejimi Fələstin məsələsindən sui-istifadə edir - VİDEO
Aprelin 5-də İran parlamentinin plenar iclasında Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasını pisləyən bəyanat oxunub.
Publika.az xəbər verir ki, 210 deputatın imzaladığı bəyanatı parlamentin Qumdan seçilmiş üzvü Əhməd Əmirabadi Fərahani səsləndirib.
Azərbaycan Respublikasının daxili işlərinə və xarici siyasətinə kobud müdaxilə cəhdi sayıla biləcək həmin sənəddə bir çox absurd ittihamlar və cəfəng tezislər yer alıb.
Belə ki, bəyanatda Azərbaycanın İsraildə səfirlik açması islam dünyasının maraqlarına zidd addım kimi qiymətləndirilib və iddia olunub ki, bundan sonra dünya müsəlmanları Azərbaycan hakimiyyətini İsrailin məzlum fələstinlilərə qarşı törətdiyi cinayətlərin şəriki sayacaqlar.
Əvvəla, Azərbaycan dövləti istədiyi ölkədə səfirlik açmaq və münasibətləri inkişaf etdirməkdə tam sərbəstdir, bunun üçün hansısa üçüncü dövlətdən, o cümlədən İrandan icazə almağa borclu deyil. İkincisi, İran deputatlarının məntiqindən çıxış etsək, onda Pakistan və ya Səudiyyə Ərəbistanı kimi böyük müsəlman dövlətlərindən fərqli olaraq, işğalçı Ermənistanla diplomatik əlaqələr quran, onunla hərtərəfli əməkdaşlığını daim inkişaf etdirən İran rejimi də erməni silahlı birləşmələrinin otuz illik işğal dövründə Azərbaycan ərazisində törətdiyi vəhşiliklərə, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşayarkən çəkdiyi müsibətlərə şərikdir.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
-
Dünya18:24SEPAH ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etdi - 4 ballistik raketlə...
-
Yaxın Şərq17:41İranın keçmiş prezidenti də öldürüldü
-
Yaxın Şərq17:11İsrailə düşən raket xeyli sayda ölümə səbəb oldu - Video
-
Hadisə16:42Naxçıvanda hərbi hissədə yanğın oldu - Foto
-
Avropa16:35"Diplomatlarımız İrandan Azərbaycana təxliyə olunacaqlar" - Serbiya Prezidenti
-
MDB16:00Putin Xameneinin öldürülməsinə belə reaksiya verdi
-
Region15:23Ayətullah Məkarim Şirazi cihad elan etdi
-
Nida Xəbər 15:17İrandan Azərbaycana BƏƏ-nin 6 diplomatik nümayəndəsi təxliyə olundu



























.jpg)
.jpg)




