Nida Xəbər
XİN rəhbərləri regiondakı gərginliyi müzakirə etdilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, martın 1-də baş tutan söhbət zamanı İrana qarşı davam edən hərbi əməliyyatların regiona təsirləri qiymətləndirilib.
Nazirlər həm İraqın, həm də Azərbaycanın İranla coğrafi qonşuluq münasibətlərini, habelə regional sabitliyin qorunmasında hər iki ölkənin üzərinə düşən ortaq məsuliyyəti və regional yeniliklərin izlənilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər hərbi əməliyyatların davam etdirilməsinin riskli xarakter aldığını, bunun qonşu dövlətlərin və bütövlükdə regionun təhlükəsizliyinə mənfi təsir göstərdiyini bildiriblər.
Diplomatlar müharibənin miqyasının genişlənməsi və gərginliyin artması təhlükəsinə dair xəbərdarlıq ediblər.
Nazirlər müharibənin dayandırılması, gərginliyin azaldılması və regional sabitliyin möhkəmləndirilməsi üçün əlaqədar dövlətlərlə koordinasiyalı fəaliyyətin gücləndirilməsinin, həll yolu kimi diplomatik vasitələrə üstünlük verilməsinin əhəmiyyətini təsdiqləyiblər.
Sonda tərəflər cari hadisələrlə bağlı digər ölkələrlə birlikdə ortaq mövqenin formalaşdırılması məqsədilə təmasların və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi










.jpg)




















.jpg)





