Dünya
Rusiyanın nümayəndəsi: “Top artıq Avropa Birliyinin tərəfindədir”
“Rusiya Federasiyası Avropa Birliyi-Kiyev danışıqlarında problemli sferalar üzrə təklifləri gözləyir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın Avropa Birliyindəki (AB) daimi nümayəndəsi Vladimir Çijov deyib.
Xatırladaq ki, Avropa Birliyi dünən azad ticarət zonasının yaradılması haqqında bölmə istisna olmaqla, Ukrayna ilə imzalanan assosiasiya haqqında razılaşmanı bəyənib. Razılaşmanın bu ilin 1 noyabr tarixindən tətbiqi nəzərdə tutulur. Azad ticarət zonasının yaradılması isə 1 yanvar 2016-cı ilə qədər təxirə salınıb.
“Avropa Birliyinin bu qərarı gözlənən idi və razılığa tamamilə uyğundur. Brüsseldə Rusiya - Ukrayna - Avropa Birliyi üçtərəfli formatda 12 sentyabrda keçirilən toplantıda belə bir razılıq əldə olunmuşdu”, - deyə Rusiyanın AB-dəki daimi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, növbəti üçtərəfli görüşün tarixi haqqında razılıq hələlik yoxdur: “Ekspertlər sərbəst şəkildə işi davam edirlər. Ancaq top Avropa Birliyinin sahəsindədir. Onlar bizim narahat olduğumuz məsələlərin siyahısını alıblar. İndi biz onlardan təkliflər gözləyirik. Hesab edirəm ki, nailiyyət üçün güzəştlər lazımdır. Rusiya beş problemli istiqamət göstərib: tariflər, standartlar və texniki nizama salınma məsələləri, fitosanitar və baytarlıq normaları, energetika və nəhayət gömrük inzibatçılıq məsələləri. Biz Avropa Birliyinin cavabını gözləyirik”.
Ukrayna və AB arasında assosiasiya haqqında razılaşma assosiasiyanın yaradılması, ümumi dəyərlər əsasında Ukrayna və AB arasında tədricən yaxınlaşma, iqtisadi və ticarət münasibətlərinin dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Assosiasiya haqqında razılaşmada prioritet tərəflər arasındakı iqtisadi münasibətlərdir. Xüsusi olaraq azad ticarət zonası yaradılır. Bu zona AB-nin daxili bazarına Ukrayna iqtisadiyyatının tədricən inteqrasiyasını təmin etməlidir.
Ömər Dağlı
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO





































