Dünya
Sunak Consonun parlamentə qayıtmasına icazə verməyəcək
Böyük Britaniyanın baş naziri Rişi Sunak keçmiş baş nazir Boris Consonu qarşıdan gələn seçkilərdə parlamentə namizəd olmaq imkanından məhrum edəcək.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Guardian” qəzeti məlumat yayıb.
Hakim Mühafizəkarlar Partiyasının yüksək vəzifəli nümayəndəsi nəşrə deyib: “Mən onun bu və ya gələn il parlamentə namizəd olacağı vəziyyəti təsəvvür edə bilmirəm”.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, COVID-19 dövründə baş nazirin ofisində keçirilən partiyalarla bağlı xəbərin üzə çıxmasından sonra parlamentdəki vəzifəsindən istefa verib. O, qərarını koronavirusla bağlı məhdudiyyətləri pozduğuna əsaslanaraq aparılan istintaq hesabatı açıqlanmazdan əvvəl söyləyib.
Conson verdiyi yazılı açıqlamada istefaya məcbur edildiyini iddia edib və buna görə istintaq komitəsini günahlandırıb. O, Brexit üçün ondan qisas almağa çalışdıqlarını iddia edib.
Consonla Sunak arasında münaqişə həm də onunla mürəkkəbləşib ki, indiki Baş nazir onun təklifi ilə sələfinin ən yaxın adamlarının Britaniya parlamentinin Lordlar Palatasında yer almasına icazə verməyib.
“Niyə o, Rişi Sunakın imzalayacağı namizədlər siyahısında yer alsın? Mənə tam aydındır ki, bu baş verməyəcək. Deputatların böyük əksəriyyəti bu fikirdədir”, - başqa bir mənbə The Guardian-a bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
















.webp)













.jpg)


