Ana oğlunu oyun konsoluna görə GÜLLƏLƏDİ
Bizi izləyin

Dünya

Ana oğlunu oyun konsoluna görə GÜLLƏLƏDİ

Ana oğlunu oyun konsoluna görə GÜLLƏLƏDİ

Atlanta sakini Cakuana Batler oyun konsolu üstündə mübahisə zamanı oğluna bir neçə dəfə atəş açıb.

Publika.az xəbər verir ki, bu barədəd "Fox 5 Atlanta" məlumat yayıb.

Jurnalistlər qeyd ediblər ki, atışma barədə polisə məlumat daxil olub. Onlar hadisə yerinə gələndə çoxsaylı güllə yaraları olan 17 yaşlı oğlanı tapıblar.

Müstəntiqlər müəyyən edə biliblər ki, 31 yaşlı ana yeniyetməyə atəş açıb. Yeniyetmənin vəziyyəti barədə məlumat verilmir.

Jurnalistlərin bildirdiyinə görə, Butler hazırda Fulton qraflığının həbsxanasındadır. O, bir neçə maddə ilə ittiham olunub: ağır hücum, ehtiyatsız davranış və uşaq istismarı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm