ABŞ Çinin belə mövqeyindən məyus olub
Bizi izləyin

Dünya

ABŞ Çinin belə mövqeyindən məyus olub

ABŞ-ın Çindəki səfiri Nikolas Berns Çinin HƏMAS-ı açıq şəkildə pisləməməsinin ABŞ üçün "məyusedici" olduğunu deyib.

Publik.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Diplomat Çinin İsrail-Fələstin münaqişəsində vasitəçi rolunu oynaya bilməyəcəyi fikrini ifadə edərək, ABŞ-ın “on illərdir” Yaxın Şərqdə “praktiki diplomatiya” ilə məşğul olduğunu bildirib.

Çin münaqişənin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllini tapmağı təklif edir. Bunu daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm